Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Nümunəvi Azərbaycan xanımı Zərifə Əliyeva” adlı tədbir keçirilib

27.04.2023

27.04.2023-cü il tarixində Xocalı rayon Mədəniyyət evində rayon Mədəniyyət evinin, Xocalı rayon Mərkəzi Kitabxanasının, Xocalı rayon Cəmilli və Meşəli kənd klublarının birgə təşkilatçılığı ilə akademik, oftalmoloq Zərifə Əliyevanın 100 illik yubileyi ilə əlaqədar olaraq “Nümunəvi Azərbaycan xanımı Zərifə Əliyeva” adlı tədbir keçirildi. Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin Xocalı rayon üzrə nümayəndəsi Ruslan Bəşirov və adı çəkilən mədəniyyət müəssisələrinin işçiləri iştirak etdilər. Xocalı rayon Mədəniyyət evinin metodisti Ramil Miriyev akademik, oftalmoloq Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən danışaraq tədbir iştirakçılarını bu barədə məlumatlandırdı. O bildirdi ki, Zərifə xanımın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri vardır. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya" "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Xocalı rayon MKS-nin direktoru Bəhram Məmmədov çıxış edərək bildirdi ki, sıravi həkimlikdən akademikliyə qədər yüksəlmiş Zərifə xanım oftalmologiya elminin inkişafına dəyərli töhfələr verib, bu sahə üzrə yüksək ixtisaslı kadrlar yetişdirilməsinə böyük əmək sərf edib. Akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir. O qeyd etdi ki, Zərifə xanım peşəsinə aşiq bir həkim idi, bu peşəni çox uca
tuturdu. Həkimi günəşə bənzədərək deyirdi: “Həkim insanlara günəş qədər lazımdır”. Xocalı rayon Mədəniyyət evinin direktoru Hafiz Abbasov çıxışında bildirdi ki, Zərifə xanım, eyni zamanda, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Zərifə xanım, eyni zamanda, qayğıkeş ana idi. İncə təbiətli, bu kövrək qadın öz zərif çiyinlərində dünya şöhrətli siyasətçinin inam və etibarını hər
addımda doğrultmuşdu. Ən ağır və təhlükəli vaxtlarda belə Zərifə xanım həyat yoldaşını bir an belə tək qoymamış, onun dayağına çevrilmişdi.  Gəncə Regional Mədəniyyət İdarəsinin Xocalı rayon üzrə nümayəndəsi Ruslan Bəşirov çıxışı zamanı bildirdi ki, cəmiyyətin həyatında  fəal rol oynayan Zərifə xanım ailəsinə son dərəcə bağlı bir qadın, gözəl ana idi.  Öz analıq missiyasını sevdiyi peşəsi ilə birləşdirən bu xanımı bir qadın, bir alim və həkim kimi cəmiyyətin inkişafına xidmət edən ailəsindən ayrı düşünmək olmazdı. Zərifə xanım analıq vəzifəsinin öhdəsindən də çox gözəl gəlmişdir. Onun təmkinliliyi, səbirliliyi, ağlı, savadı və digər müsbət xüsusiyyətləri övladları - cənab Prezident İlham Əliyevin və tarix üzrə fəlsəfə doktoru Sevil Əliyevanın da onun yolunu getməsinə köməkçi olmuşdu.  Biz, bu ailəyə - Ulu Öndər Heydər Əliyevə və Zərifə xanım Əliyevaya minnətdarıq ki, qəlblərində daim Azərbaycan sevgisi ilə yaşayan, Vətənimizin qüruru sayılan övladlar yetişdirmişlər. Yüksək keyfiyyətlərin mövcud olduğu  belə bir ailədə İlham Əliyev kimi övladın böyüyüb boya-başa çatması, tərbiyə alması hər valideynin, ailənin arzusudur.

 

142.6 KB