26.04.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 20 saylı kitabxana filialında 25.04.2023- cü il tarixində Gənclərin Beynəlxalq Həmrəylik Günü ilə bağlı "Gənclər xoşbəxt gələcəyə olan ümiddir" başlığı altında dəyirmi masa keçirilmişdir.
Tədbirdə filialın müdiri Zeynəb Məmmədova çıxış edərək bildirdi ki, 1957- ci ildən başlayaraq Ümumdünya Demokratik Gənclər Federasiyasının qərarı ilə hər il aprelin 24- ü Gənclərin Beynəlxalq Həmrəylik Günü qeyd olunur.Məqsəd bütün dövlət orqanlarının, ictimaiyyətin diqqətini gənclərin problemlərinə yönəltməkdir.Tədbir iştirakçılarından Mahir Rəcəbov, Yana Əliyeva, Aysu Qarayeva və başqaları bu günki Azərbaycan gənclərinin beynəlxalq arenada ğördüyü işlərdən və nailyyətlərindən danışdı.