26.04.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı Qarabağ Dirçəliş Fondunun şöbə müdiri Aybəniz İsmayılovanın müəllifi olduğu “Xarıbülbülün nağılı” kitabının təqdimatını keçirtdi. Tədbir Azərbaycanın suverenliyi və ərazi bütövlüyü eləcədə xalqımıza qarşı törədilmiş soyqırımlarda həlak olmuş Şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbiri aparan 15 saylı filialın böyük kitabxanaçısı Səkinə Kərimova Aybəniz İsmayılovanın “Xarıbülbülün nağılı” kitabını tədbir iştirakçılarına təqdim edərək qeyd etdi ki, kitabda doğma yurdumuz Şuşanın rəmzi sayılan Xarıbülbülün əfsanəsi yenidən canlandırılıb və Vətən müharibəsi ilə əlaqələndirilib. Tədbirdə M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbin İbtidai sinif müəllimi Sədaqət Kazımova, həmin məktəbin kitabxana müdiri Aynur Rzayeva, kitabxanaçısı Xoşqədəm İbrahimova çıxış etdilər. Çıxışçılar belə bir kitabın məktəblilərə təqdim olunmasını onların vətənpərvər ruhda tərbiyələrinə, dostluğun, yoldaşlığın nə qədər önəmli olduğunu daha yaxşı dərk etmələrinə və bədii zövqlərinin inkişafına müsbət təsir edəcəyini xüsusi olaraq qeyd etdilər.