Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Fikrət Əmirov parkında mütaliə günü

02.08.2018

Kitaba marağın təbliği ilə bağlı müxtəlif tədbirlər həyata keçirən MKS - nin 7 saylı

kitabxana filialı 02.08.2018 – ci il tarixdə kitabxananın ərazisindəki Fikrət Əmirov parkında mütaliə günü – sərgi keçirdi. Tədbirə parkın ətrafında yaşayan sakinlər , parkda istirahət edən əhali qatılmışdı. Sərgidə tarix, ədəbiyyat, bədii ədəbiyyat, teatr, iqtisadiyyat, siyasət və uşaq ədəbiyyatına aid 200 – dən çox kitab sərgilənmişdi. Tədbiri keçirməkdə əsas məqsəd əhalidə mütaliəyə maraq yaratmaq, gənclərdə mütaliə mədəniyyətini inkişaf etdirməkdir.

Sonda hər kəs öz maraq dairəsinə uyğun kitablar alaraq sərgidən məmnun qaldılar.