26.04.2023
25.04.2023-cü il tarixdə Goraboy şəhər Heydər Əliyev parkında Goranboy rayon İcra hakimiyyəti,Mərkəzi Kitabxana və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “2023-cü il Heydər Əliyev ili” ili əlaqədar “Heydər Əliyev və Azərbaycanda kitab mədəniyyəti” adlı tədbir keçirildi və “Dahi İnsan ,Böyük Şəxsiyyət”,”Kitab insanın dostudur”,”Rayonumuzun Yerli Yazarları”, “23 Aprel Ümumdünya Kitab və Müəllif Hüquqları Günüdür” başılqlı kitab sərgiləri tərtib edildi.Tədbirdə Rayon İcra Hakimiyyətinin nümayəndələri,Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Mədəniyyət İdarələri,Gənclər və idman İdarəsinin işçiləri,1 saylı tam orta məktəbin müəllim və şagirdləri və rayonumuzun yerli yazarları iştirak etdilər.