26.04.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 26.04.2023-cü il tarixində Gəncə şəhər Şah İsmayıl Xətayi adına 13 saylı tam orta məktəbdə Ümummilli Lider Heydər Əlirza oğlu Əliyevin 100 illiyi ilə əlaqədar “Sən elə bir zirvəsən ki,” adlı kitab sərgisi təşkil etdi. Sərgidə Ümummilli Lider Heydər Əlirza oğlu Əliyevin və Vətən müharibəsi şəhidlərinin xatirələri bir dəqiqəlik sükutla yad edildi. Gəncə şəhər Şah İsmayıl Xətayi adına 13 saylı tam orta məktəbin direktoru Gülnara Hüseynova , TTİ Rasim Alıyev, psixoloq Qətibə
Mustafayeva, UBTR-Qənifə Nağıyeva, Kitabxana müdiri Ruziyyə Abbasova, kitabxanaçı Jalə İsmayılova, ibtidai sinif müəllimi Fidan Musayeva və məktəbin şagirdləri sərgidə yaxından iştirak etdilər. MKS-nin 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva Ulu öndərin həyatını, siyasi fəaliyyətini, ömrünün bütün sahələrini əks etdirən kitablar haqqında iştirakçılara məlumat verdi.