25.04.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 24.04.2023-cü il tarixində 23 Aprel Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü münasibətilə “Kitablara və müəlliflərə ehtiram” adlı onlayn oxucu konfransı təşkil etdi. Tədbirdə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra MKS-nin 19 saylı filialının müdiri Elza Əliyeva
bəşər mədəniyyətinin inkişafında mühüm rol oynayan kitabların ən böyük kəşflərdən biri olduğundan danışdı. Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin Azərbaycan dili ədəbiyyat müəllimi Züleyxa Mirzəyeva, təqaüdçü Azərbaycan dili ədəbiyyat müəllimi Validə Hüseynova, Gəncə şəhər Tibb Kollecinin müəllimi həkim Zarema Hüseynova, ADPU-nin filalogiya fakültəsinin IV-kurs tələbəsi Hüseyn Əliyev Azərbaycan Respublikasında müəllif hüquq sisteminin yaradıcısı ümummilli lider Heydər Əliyevin olduğundan, kitab nəşrinin hər bir xalqın mədəni-ictimai həyatında görkəmli yer tutmasından danışdılar. MKS-nin 19 saylı filialının müdiri Elza Əliyeva kitab müzakirələrinin keçirilməsinin, mütaliənin sevdirilməsinin kitabxanaçıların qarşısında duran əsas vəzifələrdən biri olduğunu bildirdi və bu günün də ilin digər bayram günləri kimi hər kəs üçün önəm daşımasını, yaddaşlarda qalmasını arzu etdi. İştirakçılardan Qəşəmli Mehri, Qəşəmli İnci, Nuray Məmmədova kitablar haqqında şeirlər, təqdimatlarla çıxışlar etdilər. Tədbirdə ”Kitablara və müəlliflərə ehtiram” adlı videoçarx nümayiş olundu. Bayramınız mübarək olsun, əziz kitab sevərlər!