25.04.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9 saylı filialı 24.04.2023-cü il tarixdə Ümumdünya
kitab və müəllif hüquqları günü münasibəti ilə “Tarixi və mədəni irsi özündə birləşdirən” başlıqlı sual-cavab gecəsi keçirtdi. Öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Multimedia resursları üzrə mütəxəssiz Nərgiz Məmmədova tədbiri açıq elan edərək, təhsildə, mədəniyyətdə hər kəsin şəxsiyyətinin formalaşmasında kitabın əvəzsiz rolu olduğunu bildirdi. Gəncə şəhər 37 saylı orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Leyla İbrahimova, TİDM Gülnarə Əliyeva, filial müdiri
Əminəxatun Yusibova, kitabxanaçı Səidə Ağayeva Ümumdünya kitab və müəllif hüquqları günü, kitabın bəşəriyyətin mədəni irsinin qorunub
saxlanmasında və zənginləşdirilməsində rolunun vacibliyi, yazıçıların bizləri keçmişin və indinin, real və fantastik dünyasına apararaq varlığımızdan kənara baxmaq imkanı verməsi haqqında geniş məlumat verdilər. Daha sonra iştirakçılara mövzu ilə bağlı suallar ünvanlandırıldı. Bütün suallar uşaqlar tərəfindən cavablandırıldı