Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Kitab insan üçün mənəvi qidadır” başlıqlı oxucu konfransı keçirilib

25.04.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 saylı Gənclər kitabxana filialında 19.04.2023 -cü il tarixində Beynəlxalq Kitab və Müəllif Hüquqlari Günü ilə bağlı "Kitab insan üçün mənəvi qidadır" başlıqlı oxucu konfransı keçirildi. Tədbirdə Gəncə Maarif evinin rəhbəri İmamverdi Vəliyev, Azərbaycan yazıçılar birliyinin üzvü Gülnarə Sadıq, Zülfiyyə Yaqub və GDU-nun tələbələri iştirak edirdilər. Bu haqda məlumat verən Xəyalə İsmayılova bildirdi ki, mütaliə və kitab oxumaq insanın ruhunu qidalandırır. Gülnarə Sadıq kitab haqqqında öz fikirlərində bildirdi ki, kitab sizə insanları sevməyi öyrədəcək və fikirlərinizi aydınlaşdırmaqda köməkçi olacaq. Kitabxananın müdiri Məryəm Məmmədova gəncləri kitabxanamızdan yararlanmağa dəvət etdi.Sonda şairələr öz kitablarından kitabxanamıza hədiyyə etdi.

 

166.2 KB