Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qaranlığa Nur Saçan Zəka” adlı dəyirmi masa keçirilib

25.04.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi şəhər kitabxana filialı Goranboy rayon Mərkəzi Xəstəxananın akt zalında Azərbaycanın oftamoloq alimi, Azərbaycan SSRİ əməkdar elm xadimi, tibb elmləri doktoru(1976), Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü(1983) Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə “Qaranlığa Nur Saçan Zəka” adlı dəyirmi masa keçirdi.

Dəyirmi masanı giriş sözü ilə şəhər kitabxanasının multimedia mütəxəssisi Kəmalə İsmayılova açaraq , görkəmili alimin keçdiyi həyat yolu haqqında iştirakçılara məlumat verdi. Mərkəzi Xəstəxananın polikilinka şöbəsinin oftamoloqu Gülşən Sadıqova oftamoloq alim Zərifə xanım Əliyevanın tibb elminin oftamologiya sahəsinə gətirdiyi yeniliklərdən danışdı.Mərkəzi Xəstəxananın baş tibb bacısı Aytəkin Abbasova və şəhər kitabxana filialının müdiri Nərgiz Məmmədova mövzu ətrafında çıxış etdilər.

 

2.5 MB