25.04.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 19.04.2023-cü il tarixində Kəlbəcər rayon 109 saylı tam orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Xasıyev Samir Zirəddin oğlunun anadan olmasının 50 illiyi münasibətilə ” Şəhidlər məmləkətin, xalqın qan yaddaşıdır” adlı anım günü keçirtdi. Tədbirdə Azərbaycan dövlətinin müstəqilliyi , suverenliyi və
torpaqlarının azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edildi. MKS-nin 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva tədbiri açıq elan etdikdən sonra Azərbaycanın Milli Qəhrəmanı Xasıyev Samir Zirəddin oğlunun qısa, şərəfli həyat və döyüş yolu haqqında məlumat verdi. Kəlbəcər rayon 109 saylı tam orta məktəbin direktor müavini Şikar Baxışov Samir Xasıyevin döyüş yolunun
1994-cü ilin əvvəllərindən başlamasından Ağdam, Ağdərə, Tərtər istiqamətlərində gedən ağır döyüşlərdə iştirak etməsindən və 1995-ci ilin martın 17-də Azərbaycanda növbəti dövlət çevrilişinə cəhdin qarşısının alınmasında fəal iştirak edərək Azərbaycan dövlətçiliyinin qorunması məqsədi ilə aparılan hərbi əməliyyatlar zamanı həlak olmasından danışdı. Tədbirdə Kəlbəcər rayon 109 saylı tam orta məktəbin VII-VIII sinif şagirdləri şəhidlər haqqında şeirlər, bayatılar söylədilər. Allah bütün şəhidlərə rəhmət etsin!