23.04.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy Rayon Mədəniyyət Mərkəzinin Şəfəq kənd Mədəniyyət Evində Zeyvə Kənd Folklor Evi, Qaraçinar və Şəfəq kənd Mədəniyyət Evlərinin birgə təşkilatçılığı "Milli mətbəximiz" adlı tədbir keçirilmişdir.
Mədəniyyət Evlərinin kollektivlərinin təşkilatçılığı ilə həyətdə milli adət ənənələrimizi əks etdirən eksponatlarla bəzədilmiş və xüsusi görkəm yaradılmışdır.
Keçirilən tədbirdə Şəfəq Kənd İcra Nümayəndəliyi, Qaraçinar Kənd Icra Nümayəndəliyi, mədəniyyət işçiləri, sahibkarlar, Vətən müharibəsi Qaziləri, aşıqlar, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edən mədəniyyət işçiləri aşpazlıq peşəsinin özəlliklərindən söz açıb, milli mətbəximizin öyrənilməsində, bu sahədə ənənələrin qorunub saxlanılmasında, kulinariyamızın beynəlxalq səviyyədə tanıdılmasında, dünya miqyasında təbliğində tövsiyələrini veriblər.
Həmçinin kulinariya, aşpazlıq sənəti sahəsində təhsili inkişaf etdirmək, bu sahəyə gəncləri cəlb etməklə onların fəaliyyətini stimullaşdırmağın vacibliyini vurğulanıblar.
Sonra peşəkar Mədəniyyət işçiləri tərəfindən hazırlanan Kətə, Dovğa və Qulançar qonaqlara təqdim edilib.
Tədbir aşıqların musiqi proqramları ilə davam etdirilib.