Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mir Cəlal Paşayevin 115 illiyi münasibətilə tədbir keçirilib

23.04.2023

19 aprel 2023 cü il tarixdə Bakı Dövlət Universitetinin təşkilatçılığı , Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə görkəmli ədib Mir Cəlal Paşayevin 115 illiyi münasibətilə universitetin müəllim və tələbə heyyəti Mir Cəlal Paşayev Ev Muzeyini ziyarət etdi. Bakı Dövlət Universitetinin tələbələri arasında  keçirilən hekayə müsabiqəsi qalibləri muzeydə mükafatlandırıldı. BDU-nun rektoru Elçin Babayev ev - muzeyinə görkəmli ədibin az nüsxədə mövcud olan "Seçilmiş hekayələr (1940)" , "Sevinc (1950)" kitablarını və "Bestcomp" şirkətinin dəstəyi ilə alınan kompyuter dəstini hədiyyə edti.
  Tədbirdə Gəncə şəhər İcra hakimiyyətinin başcısı Niyazi Bayramov, Azərbaycan Diplomatiya Akademiyasının rektoru Hafiz Paşayev, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Bakı Dövlət Universitetinin professoru Ədibə Paşayeva və başqaları iştirak etdilər. Sonda muzeyin bələdçisi Orucova Dilbər ziyarətçilərə geniş ekskursiya keçdi.

 

40.6 KB

 

70.3 KB