23.04.2023
19.04.2023-cü il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Qarayeri qəsəbə Uşaq Musiqi Məktəbində dahi bəstəkar "Qara Qarayevin anadan olmasının 105 illiyi"nə həsr olunan tədbir keçirilib.Tədbiri giriş sözü ilə açan məktəbin direktor əvəzi Azər Mustafayev bəstəkarın həyat və yaradıcılığından söhbət açdı.Daha sonra məktəbin fortepiano müəllimi Xalidə İbrahimova bəstəkarın əsərləri haqqında geniş məlumat verdi.Tədbiri məktəbin şagirdləri bəstəkarın ecaskar musiqilərini ifa edərək davam etdirdi.