Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qəhrəman oğullar” adlı anım günü keçirilib

23.04.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Şəhər kitabxana filialı Goranboy rayon 1-ci və 2-ci vətən müharibəsinin qaziləri ilə Heydər Əliyev Mərkəzində 19 aprel 2023-cü ildə Azərbaycanın Miilli Qəhrəmanı, Samir Zirəddin oğlu Xasıyevin anadan olmasının 50 illiyi münasibətilə “Qəhrəman Oğullar” adlı anım günü keçirdi. İlk öncə Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhid olan igidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Şəhər kitabxana filialının multi media mütəxəssisi Kəmalə İsmayılova Ulu Öndər Heydər Əliyevin tərəfindən vətən, millət və dövlət qarşısında xidmətlərinin yüksək qiymətlədirərək, Samir Zirəddin oğlu Xasıyevin ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülməsi haqqında məlumat verdi. Milli Qəhrəman Samir Zirəddin oğlu Xasıyevlə vətən müharibəsində iştirak edən Əbülfət Binnətov keçdikləri döyüş yolundan danışdı. 44 günlük vətən müharibəsi veteranları Şahin Kərimov və Elşən Əliyev mövzu ətrafında çıxış etdilər.

 

3.2 MB