Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Tarix Qəhrəmanları Unutmur” adlı dəyirmi masa keçirilib   .

23.04.2023

19.04.2023-cü il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Samir Zirəddin oğlu Xasıyevin doğum günü ilə bağlı " Tarix Qəhrəmanları Unutmur" adlı dəyirmi masa keçirilib   .
Tədbirdə Mədəniyyət Mərkəzinin kollektivi, Qarabağ Müharibəsi, əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Samux rayon filialının sədr müavini Quliyev Vasif, İkinci Qarabağ müharibə iştirakçısı Əmiraslanov Sərxan Uramil oğlu iştirak ediblər. Tədbirdə ilk öncə Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Arif Məmişov iştirakçıları salamladı və vətən   uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Arif Məmişov çıxış edərək Milli Qəhrəman haqqında geniş məlumat verib. O, qeyd edib ki, 20 aprel 1973-cü ilda Bakı şəhərində doğulmuşdur. 1980-ci ildə Bakının Nərimanov rayonundakı 82 saylı orta məktəbin birinci sinfınə getmişdir. 1988-ci ildə ailəsi Gəncə şəhərinə köçdüyü üçün, orta təhsilini 14 saylı beynəlmiləl orta məktəbdə tamamlamışdır. O, məktəbi bitirib Bakıya qayıdır. 1991-ci ildə Bakı Soyuducular Zavodunda işləməyə başlayır. Elə həmin il Bakı Dövlət Universitetinin tarix fakültəsinin axşam şöbəsinə daxil olur. Birinci kursda oxuyarkən hərbi xidmətə çağırılır. O, əvvəlcə Dərnəgüldəki tikinti batalyonunda xidmət edir. 1992-ci ildə isə Vətənin çağırışına səs verərək rəhbərlikdən döyüş bölgəsinə göndərilməsini xahiş edir. S.Xasıyev qısa təlim keçdikdən sonra ön cəbhəyə yola düşür. İlk döyüşü Ağdam rayonunun Mərzili kəndindən başlayır. 1993-cü ildə Füzuli, Ağdərə bölgələrində aparılan əməliyyatlarda fəal iştirak edir. Samir bir neçə dəfə yaralansa da, döyüş bölgəsini tərk etmir, yoldaşlarının yanında qalmağı üstün tutur. Samirin gərgin döyüşlərinin biri də Tərtər cəbhəsində oldu.Ölümün gözünə dik baxan cəsur döyüşçü bir neçə dəfə mühasirəni yararaq yoldaşlarını xilas etdi. Bacarığını, səriştəsini nəzərə alıb onu iki aylıq zabitlər kursuna göndərdilər. O, leytenant rütbəsi alandan sonra yaratdığı bölüyün komandiri oldu. Samir 1994-cü ildə Gəncə qiyamının yatırılmasında fəal iştirak etdi, “Hərbi xidmətlərə görə” medalı ilə təltif edildi.
1995-ci il martın 17-i… Dövlət çevrilişinə növbəti cəhd. Qarşıdurma dinc yolla həllini tapa bilmədi. Samirin bölüyü qərargaha daxil olarkən snayper gülləsi yaxın məsafədən komandiri qarın nahiyəsindən yaraladı. Dostlarının səyinə baxmayaraq, onu xilas etmək mümkün olmadı. O, dövlətçiliyimiz yolunda qəhrəmancasına həlak oldu.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə leytenant Xasıyev Samir Zirəddin oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Bakı şəhərində 2-ci Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Bakının Nərimanov rayonundakı keçmiş Montin adına Mədəniyyət və İstirahət parkına Samir Xasıyevin adı verilmiş və parkda büstü qoyulmuşdur.

 

101.8 KB

 

97 KB