Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Şəhidlər əbədi yaşayacaq” başıqlı anım günü keçirilib

23.04.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9 saylı filialı 19.04.2023-cü il tarixdə Azərbaycanın Milli Qəhrəmanı Xasıyev Samir Zirəddin oğlunun anadan olmasının 50 illiyi ilə əlaqədar “Şəhidlər əbədi yaşayacaq” başıqlı anım günü keçirtdi. İlk öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik məqamına ucalmış qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Böyük kitabxanaçısı Təranə Həsənova tədbiri açıq elan edərək Vətən yolunda canlarını qurban verən Azərbaycanın Milli Qəhrəmanlarının həyatı, onların qəhrəmanlığı bütün xalqımız üçün, o cümlədən, hərbi xidmətə hazırlaşan gənclər üçün nümunə olduqlarını qeyd etdi. MKS-nin 9 saylı kitabxana filialının müdiri Səkinə Hacıyeva, Gəncə şəhər 37 saylı orta məktəbin tarix müəllimi Əfsanə Məmişova Vətəni qorumağı şərəf borcu sayan Milli Qəhrəman Xasıyev Samirin keçdiyi həyat yolundan, gərgin döyüşlərdə apardığı mübarizədən məlumat verdilər. Şəhidlərə həsr edilmiş şeirlər səsləndirən şagirdlər Vətən uğrunda canlarından keçən qəhrəmanlarla qürur hissi keçirdiklərini vurğuladılar.

 

192.8 KB