Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Xalqın adamı” adlı tədbir keçirilib

23.04.2023

18.04.2023-cü il tarixində Xocalı rayon Mədəniyyət evində rayon Mədəniyyət evinin, Xocalı rayon Mərkəzi Kitabxanasının və Xocalı şəhər 5 nömrəli klubunun birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq “Xalqın adamı” adlı tədbir keçirilib. Tədbirdə adı çəkilən mədəniyyət müəssisələrinin işçiləri iştirak etdilər. Xocalı rayon Mədəniyyət evinin bədii rəhbəri Təranə Qasımova Ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığından, Azərbaycan xalqı üçün göstərdiyi xidmətlərdən danışdı. O çıxış edərkən qeyd etdi ki, Heydər Əliyev öz xalqına dərin məhəbbət göstərən, onun ən dar günündə min bir əzaba qatlaşaraq xidmət göstərən dahi bir liderdir. O, 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib. Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siya- sətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilib. Bu vəzifədə o, 1993-cü ilə kimi çalışıb. 1993-cü ilin may iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürüb və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olub. Xocalı rayon MKS-nin Kitabişləmə və komplektləşdirmə şöbəsinin müdiri Lətifə Rəsulova çıxış edərək bildirdi ki, Dahi şəxsiyyət Heydər Əliyev həyatını Azərbaycana həsr etmiş siyasətçidir. Onun əsas amalı Azərbaycanın güclü dövlətə çevrilməsi olub. Azərbaycanda elə bir sahə yoxdur ki, həmin sahədə ulu öndər Heydər Əliyevin xidmətləri olmasın. Ulu Öndər hələ sovetlər dövründə ölkəmizə rəhbərlik etdiyi vaxt Azərbaycanın gələcəyini düşünmüş və bunun üçün əməli fəaliyyətlə məşğul olmuşdur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra çətin günlər yaşadığı vaxt xalqın təkidli tələbi ilə Bakıya qayıdan və ölkə Prezidenti seçilən Heydər Əliyev ölkəni üzləşdiyi ciddi problemlərdən xilas etdi. Ermənistanla atəşkəs müqaviləsinin imzalanmasına nail olan Heydər Əliyev ölkədə nizami ordu formalaşdıraraq güclü ordu yaradılmasının əsasını qoydu. Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən Ümummilli Liderin sayəsində dövlət dilimizin adı özünə qaytarılmışdır. Məhz bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir. Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin xilaskarı olaraq əsrlər boyunca Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Çünki dahi şəxsiyyət öz titanik fəaliyyəti ilə xalqın məhəbbətini qazanmışdır.

 

102.6 KB