18.04.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 13 saylı kitabxana filialı Ə.Cavad adına 2 saylı tam orta məktəbin müəllim və şagirdləri ilə birgə 18.04.2023-cü il tarixdə Birinci Qarabağ Müharibəsi şəhidi Milli qəhrəman Xasiyev Samir Zirəddin oğlunun 50 illiyi ilə əlaqədar "Şəhidlik zirvəsi" adlı anım günü keçirdi.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Filialın müdiri Təranə Aslanova qeyd etdi ki, Vətən Müharibəsində qazandığımız qələbə Azərbaycan tarixinə əbədi olaraq qızıl hərflərlə həkk olundu.Bu tarixi qələbənin qazanılmasında Samir Xasiyevin də böyük xidmətləri olmuşdur. Məktəbin tarix müəllimi Paşayeva Sevda şəhidin keçdiyi döyüş yolundan, Vətən qarşısındakı xidmətlərindən şagirdlərə ətraflı məlumat verdi. Samir Xasiyev göstərdiyi hərbi xidmətlərə görə dəfələrlə mükafatlar, medallar,fəxri fərmanlarla təltif olunub. Sonda şagirdlər Vətən uğrunda canlarından keçən şəhidlərimizə həsr olunmuş şeirlər söylədilər.