Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Görkəmli şəxsiyyətlərin yaradıcılığında təbiət” başlığı altında intellektual yarış keçirilib

17.04.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı 15 Aprel Beynəlxalq Ekoloji Bilik Günü ilə əlaqədar olaraq “Görkəmli şəxsiyyətlərin yaradıcılığında təbiət” başlığı altında intellektual yarış keçirtdi. Tədbiri aparan 15 saylı kitabxana filialının müdiri Şəhla İlyasova ilk öncə 15 Aprel Beynəlxalq Ekoloji Bilik Günü haqqında məktəblilərə məlumat verdi. Sonra intellektual yarışın iştirakçıları olan M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbin 4-cü sinif şagirdlərinə intellektual yarışın qaydalarını izah etdi. Tədbirdə iştirak edən M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbin İbtidai sinif müəllimi Sədaqət Kazımova verilən sualları daha ətraflı cavablandıran şagirdləri müəyyən etmək üçün ədalətli qərarlar verdi. Yüksək səviyyədə, qaydalara uyğun, məktəblilərin fəallığı və bütün iştirakçıların xoş əhval-ruhiyyəsi ilə keçirilən bilik yarışının qalibi Hüseyn Əhmədli oldu. İntellektual yarışın qalibinə 15 saylı kitabxana filialının kollektivi adından “Sehrli dünya” jurnalı hədiyyə olundu.

 

1.2 MB