14.04.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9 saylı filialı 13.04.2023-cü il tarixdə narkomaniya və
narkobizneslə mübarizə ilə əlaqədar “Narkotiklərin törətdiyi fəsadlar” başlıqlı dəyirmi masa keçirtdi. Tədbirdə Gəncə şəhər 37 saylı orta məktəbin müəllim və şagirdləri iştirak etdilər. Öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Filial müdiri Səkinə Hacıyeva, psixoloq Sevda Məsimova, TİDM Gülnarə Əliyeva, UBTR Pərvanə Abbasova, tibb bacısı İlhamə Əliyeva, Azərbaycan dili və ədəbiyyat müəllimi Ülvi Əliyev narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsindən, narkotiklərin orqanizmə vurduğu zərərlərdən, pis vərdişlərdən uzaqlaşmağın yollarından, maarifləndirmə işinin vacibliyindən geniş şəkildə çıxış etdilər. Yeniyetmə və gənclərin narkomaniyaya qurşanması onların təhsildən yayınmasına, ictimai həyatdan uzaqlaşmasına, şəxsiyyətin məhv olmasına və sosial tarazlığın pozulmasına səbəb olduğunu bildirildi. Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırıldı. Sonda yeniyetmələrin bu aludəçiliyin toruna düşməmələri üçün tövsiyyələr də verildi.