14.04.2023
14 aprel 2023-cü il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzində akademik Zərifə xanım Əliyevanın anım günü ilə əlaqədar Heydər Əliyev Mərkəzi və Şəhər Kitabxana filialının birgə təşkilatçılığı ilə "Nəsillərə nümunə olan ömür yolu" mövzusunda elmi-praktiki konfrans keçirildi.
Tədbirdə Goranboy rayon Kəhrizli kənd tam orta məktəbin və Goranboy rayon Yolqullar kənd tam orta məktəbin müəllimləri və şagirdləri iştirak etdilər. Tədbirdən ilk öncə akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan .əhər kitabxana filialının multimedia mütəxəssisi Kəmalə İsmayılova Zərifə xanım haqqında geniş və ətraflı məlumat verdi. Heydər Əliyev Mərkəzinin bələdçisi Mətanət Hüseynova "Xatirələrdə yaşayan Zərifə xanım" başlıqlı mövzuda çıxış etdi. Kəhrizli kənd tam orta məktəbin mayor Əlövsət Məmmədov adına lV sinif şagirdi Ülvü Həsənov, Yolqullar kənd tam orta məktəbin Vll sinif şagirdi Həsənli Gülər Zərifə xanım haqqında şeirlər səsləndirdilər. Sonda xatirə şəkli çəkildi.