14.04.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzi Kitabxananın Xidmət şöbəsində psixoloq-yazıçı, detektiv əsərlər müəllifi Elbrus Kəlbiyevin oxucuları ilə 6 cı görüşü olan “Heroqliflərin sirri” kitabının təqdimat mərasimi keçirildi.
İlk öncə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edili. Yazıçı Elbrus Kəlbiyevə həsr edilmiş videoçarx iştirakçılara təqdim olundu. Tədbirə dəvət olunmuş qonaqlar- AYB-nin Gəncə bölməsinin sədri, yazıçı-dramaturq Xəzangül Hüseynova, AYB-nin Gəncə bölməsinin məsləhətçisi Aləmzər Əlizadə , GDU-nun dosenti, prezident mükafatçısı Qvamil Qazıyev, GDU-nun dosenti, pezident təqaüdçüsü, Turan Beynəlxalq Elmlər Akademiyasının Akademiki, şair Bayram Apoyev, Azərbaycanm Jurnalistlər Birliyi Gəncə təşkilatının sədri, “Gəncənin səsi” qəzetinin baş redaktoru, Yazıçılar Birliyinin üzvü Rəfiqə Sadıqova, GDU-nun “Azərbaycan dili və dünya dilləri” kafedrasının dosenti Nəzmiyyə Axundova, filologiya fakultəsinin tələbə və gəncləri, M.C.Paşayev ev muzeyinin direktoru İradə İbayeva, Azərbaycan Texnologiya Universitetinin baş müəllimi Zeynəb Məmmədli, müəllimə Süzalə Gözəlova, evdar xanım, lakin yazıçı Elbrus Kəlbiyyevin bütün kitablarının fəal oxucusu Məhəbbət Həsrətova müəllifi yeni kitabı “Heroqliflərin sirri” kitabı münasibətilə təbrik edərək, kitabda onlar üçün maraqlı olan bir çox məqamlara toxunaraq müəllifin əsəri haqqında geniş çıxışlar etdilər.
Filologiya fakultəsinin tələbələri əsərlə bağlı onları maraqlandıran, düşündürən sualları müəllifə ünvanlandıraraq yazar tərəfindən suallarına cavab aldılar. Sonda söz alan müəllif yeni və öncə yazmış olduğu kitabları haqqında mərasim iştirakçılarına məlumatlar verdi. Kitabın yaranma səbəb və tarixindən söhbət açaraq bütün təşkilatçılara və iştirakçılara yaradılmış şəraitə, təşkilatçılığa görə öz dərin təşəkkürünü bildirdi. MKS-nin direktor əvəzi Gülünaz İsgəndərova yazıçı Elbrus Kəlbiyevə yeni kitabının təqdimat mərasiminin məhz Gəncə şəhər Mərkəzi Kitabxanada keçirmək istəyindən böyük məmnunluq duyduğunu bildirərək yazara yeni yaradıcılıq uğurları arzuladı.