Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Gəncənin tarixini yaşadan abidələr” başlığı altında informasiya saatı keçirilib

14.04.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 14.04.2023-ci il tarixində Gəncə şəhər 26 nömrəli Fizika-Riyaziyyat -Infotmatika təmayüllü məktəb-liseyində 18 Aprel Tarixi Abidələrin Mühafizəsi günü ilə əlaqədar olaraq “Gəncənin tarixini yaşadan abidələr” başlığı altında informasiya saatı keçirtdi. Tədbirdə məktəbin müəllim və şagirdləri iştirak etdi. İnformasiya saatını giriş sözü ilə şöbənin multimedia mütəxəsisi Nərmin Qasımova açaraq bildirdi ki, 1983-cü ildən 18 aprel Tarixi Beynəlxalq Abidələr və Tarixi Yerlər günü kimi qeyd olunur. Məqsəd dünya ictimaiyyətinin diqqətini maddi - mədəniyyət abidələrinin qorunmasına yönəltməkdir. Bu gün bütün dünyada olduğu kimi Azərbaycanda da qeyd olunur.Hər bir ölkənin tarixi qədimliyi onun maddi mədəniyyət yadigarlarının çoxluğu və qədimliyi ilə ölçülür. Ölkəmizdə də çoxəsrlik tarixi keçmişimizdən yadigar qalan abidələr mövcuddur.Qeyd etdi ki, Azərbaycanın qədim mədəniyyət mərkəzi sayılan Gəncədə də zəngin,qədim tarixi abidələr mövcuddur. Tədbirdə iştirak edən məktəbin tarix müəllimi Zahidov Elnur, təşkilatçı Hüseynova Ramilə və uşaq birliyinin rəhbəri Nəzərova Aytəkin çıxış edərək qeyd etdilər ki, abidələr Azərbaycan xalqının mərdlik simvoludur. Biz tarixi abidələrimiz sayəsində xalqımızın şanlı keçmişini daha da yaxından öyrənirik. Yaşadığımız dövrə qədər gəlib çatan bu abidələr hazırda çox qiymətli nümunələr kimi qorunur və şəhərimizə gələn bütün xarici turistlərin maraq doğuran məkanına çevrilir. Məqsədimiz tarixi irsimizi,dəyərlərimizi gənc nəslə sevdirmək, şagirdlərin bu sahəyə olan biliklərini artırmaqdır.

 

115.9 KB