Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Şuşanın sehrli açarları” kitabının təqdimatı keçirilib

13.04.2023

12.04.2023-cü il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsi Səməd Vurğun adına 41 nömrəli tam orta məktəbdə uşaq ədəbiyyatı yazarı Solmaz Amanovanın “Şuşanın sehrli açarları” kitabının təqdimatını keçirtdi. Tədbirə başlamazdan əvvəl vətən uğrunda şəhid olan qəhrəman oğul və qızların ruhu bir dəqiqəlik sükutla anıldı. Əvvəlcə uşaq kitabxanası oxu zalının müdiri Əfsanə Bağırova kitabın müəllifi haqqında məlumat verərək bildirdi ki, bədii yaradıcılığa erkən yaşlarından maraq göstərən Solmaz Amanova əsərlərini Azərbaycan və rus dilində yazır. Ədibin uşaqlar üçün yazdığı əsərlər şifahi xalq ədəbiyyatına və adət-
ənənələrimizə bağlılığı ilə seçilir. Sonra kitabı təqdim edərək qeyd etdi nəfis tərtibatat, şəkil və illustrasiyalarla çap olunaraq nağıl-poema formasında yazılan əsərdə Azərbaycan xalqının zəngin mədəni irsini əks etdirməklə bərabər, müdrik xalqımızın qədim mədəniyyətə, tarixə
malik olmasından və 44 gün davam edən II Qarabağ müharibəsində vətənimizin qəhrəman övladlarının cəsarətindən, mərdliyindən və şücaətindən söhbət açılır. Sonda uşaqların verdiyi suallar ətraflı cavablandırıldı və qeyd olundu kı, məktəblilər üçün nəzərdə tutulmuş “Şuşanın sehrli açarları” kitabını uşaq kitabxanasının fondundan əldə edə bilərlər.

 

3.4 MB