11.04.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 11.04.2023-cü il tarixində 41 nömrəli tam orta məktəbdə əxlaqi dəyərlərlərin təbliği məqsədilə hekayələrlə dəyərlər silsiləsindən “Mərhəməti, sevgini, ədaləti,çalışqanlığı və s.dəyərləri öyrədən kitabların xülasəsini təşkil etdi. Şöbənin müdiri Ellada Rəhimöva çıxış edərək ilk növbədə qeyd etdi ki, doğruluq, dürüstlük, hörmət, sevgi, ədalət, vicdan, imkansıza və gücsüzə kömək etmək kimi dəyərlər əxlaq anlayışının əsas xüsusiyyətləridir. Əxlaqi dəyərləri olan nəsil yetişdirmək bir cəmiyyətin ən müqəddəs vəzifələrindəndir.Əxlaqi tərəfi əksik təlim-tərbiyə və təhsil, yarımçıq və yetərsizdir. Sonra kitabları xülasə edərək qeyd etdi ki, hər bir kitabda adları çəkilən dəyərlərdən bəhs edən hekayələr toplanmışdır. Hər bir hekayə maraqlı macəra dolu əhvalatlar, hadisələr vasitəsilə uşaqlarda zəhməti, əməyi sevməyi öyrədir, tənbəllik, səhlənkarlıq kimi mənfi davranışların pis aqibətini göstərir. Uşaqlara mərhəmətli olmağı, insanlara və digər canlılara qarşı şəfqətli, insaflı davranmağı, insanları və digər canlıları sevməyi, onlara hörmət etməyi, haqq-ədaləti, düzgünlüyü öyrədir, bu prinsiplərə riayət etməyi aşılayır. Kitabdakı hekayələr dil və üslub cəhətdən kiçikyaşlı məktəblilərin yaş səviyyəsinə uyğunlaşdırılmışdır. Sonda qeyd olundu ki, kitabları uşaq kitabxanasının fondundan əldə edə bilər.