11.04.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 11.04.2023-cü il tarixində Kəlbəcər rayon 109 saylı tam orta məktəbdə Ümummilli Lider Heydər Əlirza oğlu Əliyevin 100 illiyi ilə əlaqədar “Taixin azərbaycanlı dahisi” adlı kitab xülasəsi keçirtdi. Vətən müharibəsi şəhidlərinin xatirələri bir dəqiqəlik sükutla yad edildikdən sonra MKS-nin 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva tədbiri açıq elan etdikdən sonra Elmira Axundovanın “Şəxsiyyət və zaman”, “Heydər Əliyev şəxsiyyət və zaman”, İradə Hüseynovanın “Heydər Əliyev və Qafqazda sülh prosesi”, “Müstəqilliyimizin təminatçısı”, Nəbi Yusifovun “Dünyanın ən ideal tarixi şəxsiyyəti”, Üç cilddən ibarət olan “Heydər Əliyev və Mədəniyyət”, “Heydər Əliyev və Azərbaycanın Milli Qəhrəmanları - müqəddəs amal” kitablarının xülasəsini etdi. Kəlbəcər rayon 109 saylı tam orta məktəbin direktor müavini Şikar Baxışov MKS-nin 19 saylı kitabxana filialının müdiri Elza Əliyevaya keçirilən tədbir üçün təşəkkür edərək Müasir Azərbaycanın memarı və qurucusu dahi Heydər Əliyevin adının Azərbaycanın özü qədər əbədi olacağını bildirdi. Tədbir iştirakçıların böyük marağına səbəb oldu.