11.04.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsi 10.04.2023-cü il tarixində “Multikulturalizmi nağıllardan öyrənək” başlığı altında 19 nömrəli körpələr evində nağıl saatı təşkil etdi. Nağıl saatında şöbənin multimedia mütəxəsisi Səriyyə Abbasova uşaqlara Avar nağılı olan “Dağ və siçan” nağılını oxudu. Uşaqların nağılı necə mənimsədiklərini bilmək üçün onlara müxtəlif suallar verildi. Nağıla diqqət və maraqla qulaq asan uşaqlar verilən bütün sualları cavablandırdılar. Sonda uşaqlar cizgi filmi izlədilər.