11.04.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı “Bülbülün nağılı” Azərbaycan xalq nağılının müzakirəsini keçirtdi. Tədbir Azərbaycanın suverenliyi və ərazi bütövlüyü eləcədə xalqımıza qarşı törədilmiş soyqırımlarda həlak olmuş Şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbiri 15 saylı filialın multimedia resursları üzrə mütəxəssisi Sulaxbin-Elçi Aygün apardı. O, “Bülbülün nağılı” əsərini ifadəli şəkildə oxudukdan sonra öncədən tərtib olunmuş plan əsasında müzakirəsini təşkil etdi. Məktəblilər müzakirədə fəallıq nümayiş etdirdilər. Aparıcı gərəkli anda müzakirələrə müdaxilə edərək onlara istiqamət verdi. Bununla da müzakirənin müəyyən olunmuş, düzgün məcrada keçməsinə, nağılın əsas ideyasının açılmasına nail oldu. Tədbir zamanı xüsusi olaraq qeyd olundu ki, dünyada hamıya öz vətəni əzizdi, azadlıqdan isə qiymətli heç nə yoxdur. Sonda aparıcı iştirakçılara öz minnətdarlığını bildirərək, tədbiri yekunlaşdırdı.