Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Əsərləri ilə əbədiləşən Salam Qədirzadə” adlı biblioqrafik icmal keçirilib

11.04.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 saylı kitabxana filialında 07.03.2023-cü il tarixində nasir, dramaturq Salam Qədirzadənin anadan olmasının 100 illiyi münasibəti ilə “Əsərləri ilə əbədiləşən Salam Qədirzadə” adlı biblioqrafik icmal keçirildi. Tədbiri filialın kitabxanaçısı Nailə Məmmədova açaraq, Salam Qədirzadənin həyat və yaradıcılığı haqqında məlumat verdi.
Nailə Məmmədova bildirdi ki, onun yaradıcılığını daha çox gənc oxucular sevirdi. Çünki əsərləri xüsusilə gənclik çağının duyğularına, sərhəd tanımayan arzularına qol- qanad verir, onların taleyinə işıq salırdı. Tanınmış yazıçı, dramaturq, jurnalist Salam Qədirzadənin əsərləri həm də axıcı dili ilə nəğmə olub oxucuların qəlbinə dolurdu.  Tədbirdə Nailə Məmmədova Yazıçının “Qış gecəsi”, “Təbəssümün mükafatımdır”, “seçilmiş əsərləri” və digər kitablarının biblioqrafik icmalını etdi. Yazıçının “Mənim ceyranlarım”, “Həyat lövhələri”, “Bir qız bir oğlanındır”, “Təbəssümün mükafatımdır” əsərləri isə Azərbaycan hekayəçiliyinə yeni bir ruh və təravət gətirib, oxucular arasında populyarlıq qazanıb. Müəllif qələminin püxtələşdiyi vaxtlarda xəyalən qanlı-qadalı müharibə illərinə dönür. “Burada insan yaşamışdır” povestini qələmə alır.
Tanınmış yazıçı həm də dramaturgiya sahəsində qələmini sınayıb, “Şirinbala bal yığır”, “Hardasan, ay subaylıq?!”, “Həmişəxanım”, “Gurultulu məhəbbət”, “Gözəllik ondur” və s. pyeslər qələmə alıb.   Salam Qədirzadənin pyesləri respublikamızın hüdudlarından kənarda Ukrayna,
Moldova və digər ölkələrdə də səhnəyə qoyulub. Tədbirdə Texnologiya Universitetinin tələbələri və kitabxananın fəal oxucuları iştirak edirdi.

 

124.6 KB