11.04.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 13 saylı kitabxana filialı 11.04.2023-cü il tarixdə Ə.Cavad adına 2 saylı tam orta məktəbin şagirdləri ilə birgə Süleyman Sani Axundovun "Qaraca qız","Ağ atlı oğlan","Ana ürəyi dağ çiçəyi","Qorxulu nağıllar" adlı kitabların xülasəsini keçirdi.Tədbiri kitabxananın böyük kitabxanaçısı Həsənpur Mələknaz apardı.O, ilk öncə hekayələrdən uşaqlara qısa məlumat verdi. Şagirdlərin bu hekayələri necə mənimsəmələri haqda onlarla sual-cavab etdi.Uşaqların kitaba ,kitabxanaya maraqlarının artması üçün söhbət etdi.Tədbirin sonunda uşaqlar bildikləri hekayə və nağılların adlarını çəkdilər.Xoş əhval ruhiyyədə keçən kitab xülasəsi uşaqların böyük marağına səbəb oldu.