10.04.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı 7 Aprel Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar olaraq “Mikroblardan necə qorunmalı?” başlığı altında sual-cavab gecəsi keçirtdi. Tədbir Azərbaycanın suverenliyi və ərazi bütövlüyü eləcədə xalqımıza qarşı törədilmiş soyqırımlarda həlak olmuş Şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbiri 15 saylı filialın müdiri Şəhla İlyasova apardı. Tədbirdə M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbin İbtidai sinif müəllimi Nurlana İsmayılzadə, həmin məktəbin kitabxana müdiri Aynur Rzayeva, kitabxanaçısı Xoşqədəm İbrahimova çıxış etdilər. Onlar mikroblar, bakteriyalar və onların asanlıqla yayılma səbəbləri haqqında uşaqlara məlumat verdilər. Qeyd etdilər ki, onlardan qorunmağın ən vacıb və asan yolu təmizliyə və şəxsi gigiyenaya riayət etməkdir. Tədbir zamanı məktəblilər maraqlı təqdimatlar edib, səhnəciklər nümayiş etdirdilər. Səmərəli keçən tədbirin sonunda iştirakçılar “Mikroblardan qorunun!” başlığı altında hazırlanmış videoçarxı izlədilər.