08.04.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 07.04.2023-cü il tarixində Kəlbəcər rayon 109 saylı tam orta məktəbdə Beynəlxalq Ekoloji Bilik Günü ilə əlaqədar ” Ekoloji problemlər deyəndə nə başa düşürsünüz?” adlı sual-cavab gecəsi keçirtdi. Vətən müharibəsi şəhidlərinin xatirələri bir dəqiqəlik sükutla yad edildikdən sonra MKS-nin 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva tədbiri açıq elan etdi. Tədbirdə Kəlbəcər rayon 109 saylı tam orta məktəbin biologiya müəllimi Maya Məmmədova mövzu haqqında geniş məlumat verərək Ekológiyanın canlı və cansız təbiətin qarşılıqlı münasibətini öyrənən elm olduğundan danışdı. MKS-nin 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva iştirakçılara mövzu ilə əlaqədar hazırlanmış suallar verdi. Kəlbəcər rayon 109 saylı tam orta məktəbin VII-VIII-sinif sagirdləri onlara verilən suallara cavablar verdilər. İştirakçılardan Ramal Məmmədov “Biomüxtəlifliyin, meşələrin, flora və faunanın
qorunmaması”, Cavid Həsənov “Su ehtiyatlarının çirkləndirilməsi və su mənbələrinin azalması” adlı təqdimat təqdim edərək çıxışlar etdilər. Tədbir iştirakçıların böyük marağına səbəb oldu.