08.04.2023
07.04.2023-cü il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsinin, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin dəstəyi, 4 nömrəli Uşaq Musiqi Məktəbinin təşkilatçılığı ilə Heydər Əliyev ili çərçivəsində “Heydər Əliyev və Milli Musiqimiz” adlı tədbir keçirildi. İlk öncə məktəb kollektivi Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək tər çiçəklər düzdülər. Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən Süleyman Əliyev, məsləhətçi Tacir Qurbanov, 4 nömrəli Uşaq Musiqi Məktəbinin kollektivi və Gəncə şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəbləri və litseylərin müəllim və şagirdləri iştirak edirdilər. Gəncə Regional Mədəniyyət İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən Süleyman Əliyev tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, Ulu Öndər Heydər Əliyev öz ömrünü xalqına, Vətəninə, mİllətinə həsr etmişdir. Məhz Ulu Öndərin gərgin əməyi və qətiyyətli siyasəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. Tədbirin aparıcısı ,məktəbin müəllimi İsmayılova Gülər Ulu Öndər Heydər Əliyevin milli musiqi tarixində göstərdiyi xidmətlərdən bəhs etdi. Daha sonra Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən video slayd təqdim olundu. Xalq çalğı alətləri şöbəsinin şagirdi Hüseynov Niyazın ifasında Süleyman Ələsgərovun “Vətənimdir” əsəri, məktəbin müəllimi İbrahimov Şahmarın ifasında Qara Qarayevin “Yeddi Gözəl” baletindən rəqs, xanəndə sinfinin şagirdi Nağdəlizadə Fərhadın ifasında “Xudayar Təsnifi”, məktəbin xalq çalğı alətləri ansamblının, müəllim Gülcan Qasımovanın və Lalə Kazımovanın müşayiəti ilə səsləndirilən digər musiqi nömrələri dinləyicilərin rəğbətini qazanmışdır. Məktəbin müəllimləri Məmmədova Günel, Ələkbərova Səkinə “ Heydər Əliyev və Gəncə” , “Heydər Əliyev və musiqi mədəniyyəti” adlı mövzu ilə çıxış etdilər. Tədbirin sonunda xatirə şəkilləri çəkdirildi.