Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Ürəklərdə əbədi yurd salan lider” başlığı altında ədəbi–bədii gecə keçirilib

06.04.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 06.04.2023-cü il tarixində K.D.Uşinski adına 29 №-li tam orta məktəbdə Ulu öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar olaraq “Ürəklərdə əbədi yurd salan lider” başlığı altında ədəbi–bədii gecə keçirildi.Uşaq şöbəsinin müdiri Ellada Rəhimova tədbiri açıq elan edərək qeyd etdi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Ulu öndərin zəngin həyat yolu və çoxşaxəli irsi xalqımızın milli sərvəti kimi gələcək nəsillərə örnəkdir. Tədbirdə iştirak edən məktəbin təşkilat rəhbəri Vüsalə Məmmdova və müəllimləri Cəfərova Bəsti, Qadaşova Ofelya və İbrahimova Sərfinaz öz çıxışlarında Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan təhsilinin sürətli inkişafından söhbət açdılar. Vurğuladılar ki, Heydər Əliyev hakimiyyətdə olduğu dövrlərdə Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və çətin sınaqlarından çıxarmışdır. Müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Bu illər ərzində Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütünsahələrində dirçəliş onun adı ilə bağlıdır. Ədəbi-bədii gecə məktəblilərin ulu öndərə həsr olunmuş şeir və müsiqi nömrələri ilə davam etdi.

 

2.3 MB