05.04.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 04.04.2023-cü il tarixində Kəlbəcər rayon 109 saylı tam orta məktəbdə Hüquqi biliklərin təbliği mövzusu ilə əlaqədar “İnsan alverinin qurbanı olma” adlı söhbət keçirtdi. Vətən müharibəsi şəhidlərinin xatirələri bir dəqiqəlik sükutla yad edildikdən sonra 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva tədbiri açıq elan edərək bildirdi ki, İnsan alveri, insan haqlarının pozulması şəxsiyyətə qarşı cinayətdir. Tədbirdə Kəlbəcər rayon 109 saylı tam orta məktəbin psixoloqu Fəxriyyə Vəzirova çıxış edərək bildirdi ki, savadsızlıq, işsizlik, yoxsulluq, hərbi münaqişələr, məcburi əmək və s. İnsan alveri hallarının baş vermə səbəblərindəndir və bu bəşəri cinayətin təhlükəlilik dərəcəsinin yüksək olmasını nəzərə alaraq,vətəndaşlarımızın maarifləndirilməsi olduqca önəmlidir. Kəlbəcər rayon 109 saylı tam orta məktəbin VIII- sinif sagirdləri mövzu ilə əlaqədar rəsm şəkilləri səkərək təqdim etdilər. Tədbirdə iştirakçılara “İnsan alverinin qurbanı olma” adlı bukletlər paylanıldı.