Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Aprel döyüşləri şanlı tariximizdir” başlığı altında anım günü keçirilib

05.04.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 04.04.2023-cü il tarixində Cəfər Cabbarlı adına 6 nömrəli məktəbdə “Aprel döyüşləri şanlı tariximizdir" başlığı altında anım günü keçirtdi. Ilk növbədə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərin ruhu bir dəqiqəlik sükütla yad olundu. Tədbiri girış sözü ilə açan şöbənin baş kitabxançısı Kifayət Sadıqova çıxış edərək bildirdi ki, tarixə "Dörd günlük"; müharibə adı ilə düşən 2016- cı ilin aprel döyüşlərındə şanlı Azərbaycan Ordusu işğalçı düşmənə ağır zərbələr endirərək 2 min hektardan çox ərazini azad edib və torpaqlarımıza çəkilən bütün istehkamları darmadağın etdi. Tədbirdə iştirak edən məktəbin tarix müəllimi Abdullayeva Günay və hərbi müəllimi Nəriman Sadıqov öz çıxışlarında aprel doyüşləri və şəhidləri haqqında ətraflı məlumat verərək qeyd etdilər ki, bu döyüşlər zamanı Azərbaycan ordusu öz torpaqlarını işğalçı qoşunlardan təmizləmək qüdrətinə malik olduğunu bir daha dünyaya sübut etdi. Qeyd olundu ki, aprel doyüsləri həmdə 44 günlük vətən müharibəsindəki zəfərimizin başlangıcı oldu. Tədbirdə şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər və sitatalar səsləndi. Ədəbi –bədii kompozisiya ifa olundu. Sonda məktəblilər mövzu ilə əlaqədar foto-stend və kitab sərgisi ilə tanış oldular

 

3.4 MB