Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Azərbaycan Uşaq Ədəbiyyatı Antologiyası”

16.07.2018

16.07.2018-ci il tarixində Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində iki cilddən ibarət olan “Azərbaycan Uşaq Ədəbiyyatı Antologiyası” kitablarının təqdimatı keçirildi. Tədbiri giriş sözü ilə açan şöbənin müdiri Ellada Rəhimova iştirakçıları salamladı kitabın mövzusu, təqdimatın məqsədi haqqında məlumat verdi və bildirdi ki, hər iki cild Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maddi və mənəvi dəstəyi sayəsində ərsəyə gəlmişdir. Rəngli və illüstrasiyalı olan kitablar 2016-cı ildə Bakıda Renessans-A nəşriyyatında çap edilmişdir. “Azərbaycan Uşaq Ədəbiyyatı Antologiyası” aşağı sinif şagirdləri üçün ən yaxşı sinifdənxaric oxu materialı kimi öz dəyəri və əhatə dairəsinə görə iki böyük həcmli nəşr materialıdır. I cilddə - həm Güney həm Quzey, həm də Qərbi Azərbaycan ağız ədəbiyyatının seşmələri ilə yanaşı, eləcə də Dərbənd və Gürcüstan Azərbaycanlılarınında uşaq folkloruna aid olan yanıltmaclar, atalar sözləri, rəvayətlər, qaravəllilər, və nağıllar yer almışdır. II cilddə isə klassik və müasir uşaq poeziyası daxil edilmişdir. II cildin bir əsas özəlliyi də ondan ibarətdir ki, kitabda klassik şairlərimizin şeirlərində gedən naməlum söz və ifadələrin izahlı lüğəti verilmişdir. Tədbirin sonunda uşaqların hər iki kitab barədə fikirləri öyrənildi. Tədbirdə kitabxananın oxucuları və valideynlər iştirak etdilər.