Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Kitablar ən yaxın dostunuz olsun” adlı kitab sərgisi keçirilib

05.04.2023

04.04.2023-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsi “Kitablar ən yaxın dostunuz
olsun ! adlı kitab sərgisi keçirdi. Yaxşı kitab mehriban bir dost kimi yaxşı fikirlər və biliklər ilə dünyagörüşümüzü,düşüncəmizi zənginləşdirir. Kitablarla vaxt keçirdikdə özünüzü tək hiss etməyiniz mümkün deyil.Uşaqlar oxumağı kiçik yaşlarından öyrənməlidir , çünki bu, beyin inkişafı üçün vacibdir. Uşaq şöbəsinin kitabxanaçısı Zəminə Məmmədova uşaqlara yeni kitablar haqqında geniş məlumat verdi və şagirdlər kitablara baxış keçirdilər. Sərgidə uşaq nağıllarından ibarət kitablar nümayış olundu. Qeyd edək ki, sərgi uşaqlar tərəfindən maraqla qarşılandı.Sərgini keçirməkdə məqsəd məktəblilərdə mütaliəyə marağı artırmaq məqsədi güdür.

 

166.8 KB