05.04.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 05.04.2023-cü il tarixində Aprel döyüşləri mövzusu ilə əlaqədar Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbdə ”2016-cı il Aprel döyüşləri-Böyük zəfərin başlanğıcıdır!” adlı oxucu konfransı keçirtdi. Tədbirdə Aprel döyüşlərində və Vətən müharibəsində şəhid olan soydaşlarımızın xatirələri bir dəqiqəlik sükutla yad edildi. MKS-nin 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva tədbiri açıq elan edərək Şövqi Bünyatovun “ 20 yanvar hadisəsi və aprel döyüşlərinin milli ruhumuzun inkişafındakı rolu” adlı kitabının təqdimatını etdi. Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin TTİ-direktor müavini Rasim Alıyev , tarix müəllimi Gülnaz Əliyeva, Azərbaycan dili ədəbiyyat müəllimi Nigar , Psixoloq Qətibə
Mustafayeva, UBTR-Qənifə Nağıyeva, Kitabxana müdiri Ruziyyə Abbasova, kitabxanaçı Lalə İsmayılova Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdiyindən , düşmənə layiqli cavab olduğundan və bir çox ölkələrə nadir nümunə olduğundan danışaraq maraqlı çıxışlar etdilər. Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin VI a –VII c -VIII b sinif şagirdləri Aprel döyüşləri , bu döyüşlərdə şəhid olan qəhrəman oğullar haqqında təqdimat və şeirlərlə çıxışlar etdilər. Tədbirin sonunda VI Qrant layihə üzrə Məktəblilərin poeziya klubuna qatılan şagirdlərdən Abıyeva Çinarə, Abiyeva Nigar , Bayramova Tərxanə, İsmayılzadə Cəmil, Mustafayeva Fidanın Vətən, şəhidlər, Qarabağ mövzusunda yazmış olduqları şeirlər “Nizami yurdunun qönçələri “ adlı kitabda çap olunmasından danışan Elza Əliyeva “Aprel döyüşləri-şəhid pilotlarımız” adlı videoçarxı təqdim etdi.