05.04.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy Rayon Mədəniyyət Mərkəzinin Məşədiqaralar kənd Sənətkarlıq Evində Aprel döyüşlərinin 7-ci il dönümünə həsr olunmuş “Aprel döyüşləri bizim şanlı qələbəmizdir” adlı dəyirmi masa keçirilmişdir.
Tədbirdə Veyisli, Nərimanlı, Eyvazlılar kənd Klublarının, Məşədiqaralar kitabxana Filialının əməkdaşları, Boluslu Icra Numayendeliyi , İctimaiyyətçilər iştirak etmişdir.
Tədbir ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Tədbiri Məşədiqaralar Kənd Sənətkarlıq Evinin direktoru Rəsmiyyə Paşayeva açaraq qeyd etdi ki, aprel döyüşlərində digər bölgələr kimi, Goranboy rayonundan olan gənclər də öz igidlikləri, şəxsi şücaət və rəşadətləri ilə xalqımıza başucalığı gətirdilər. Həmin döyüşlərdə rayonun Qızılhacılı qəsəbə sakini Bəxtiyar Hüseynov qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucaldı.
XTQ-nin giziri Bəxtiyar Hüseynov 1995-ci ilin 14 iyul tarixində Goranboy rayonunun Qızılhacılı qəsəbəsində doğulub.
Bəxtiyar Hüseynov 2016-cı ilin aprel ayının 3-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub.
Bəxtiyar Hüseynov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Hal-hazırda doğulub boya-başa çatdığı küçə Bəxtiyar Hüseynovun adını daşıyır.
Azərbaycan Ordusu müdrik və qətiyyətli sərkərdəmizin cənab Prezident İlham Əliyevin rəhbərliyi altında aprel döyüşlərində qələbə qazandı, düşmənin layiqli dərsini verdi.
Tədbirdə çıxış edən natiqlər bildirdilər ki, uğurlu əks-hücum əməliyyatı nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarında 2000 hektardan çox torpağımızın işğalçılardan azad edilməsindən, Azərbaycan Ordusunun tam nəzarətinə keçməsindən, uzun illərdən sonra qəhrəman döyüşçülərimizin xalqımıza yaşatdığı qələbə sevincindən danışıldı.
Ali Baş Komandanımızın da dəfələrlə dediyi sözləri sitat gətirərək, qeyd etdi ki, aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirdi.
Çıxış edən Mədəniyyət işçisi Elçin Tağıyev bildirmişdir. Aprel döyüşlərinin ən böyük tarixi əhəmiyyəti bu qələbə sayəsində "Böyük qayıdış" prosesinə start verilməsi olub. Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirib.
Bunun nəticəsində xalqımız 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində azad edərək şanlı qələbəmizin qazanılmasına nail oldu deyə E. Tağıyev bildirmişdir.