04.04.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzi Kitabxananın Xidmət şöbəsinin kitabxana-informasiya texnologiyaları üzrə mütəxəssisi Mina Məmmədovanın təşkilatçılığı ilə 2016-cı il aprelin 1-dən2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı
qüvvələri arasında baş vermiş hərbi münaqişə “Aprel döyüşləri” və ya “Dördgünlük müharibə” kimi tarixə düşən aprel döyüşlərinin anım günü ilə bağlı “Böyük Zəfərin bağlanğıcı” başlığı altında məruzə edildi. Mina Məmmədova “2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixləşdi. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi....” mövzusunda məruzə etdi. Tədbirdə kitabxananın kollektivi ilə birgə fəal oxucuları da iştirak edirdi. Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini bəyan edən tarixi döyüş kimi tarixdə iz qoyaraq “Böyük Zəfərin Başlanğıcı” na, 44 günlük Vətən Müharibəsində qazandığımız qələbəyə yol açdı! Qarabağ Azərbaycandır!