Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir” adlı dəyirmi masa keçirilib

04.04.2023

04.04.2023-cü il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzi Sərkar kənd Folklor evində "Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir" adlı dəyirmi masa keçirilib.Tədbirdə Sərkar kənd Folklor evinin kollektivi, Sərkar kənd kitabxana filialının işçiləri və Sərkar kənd Nizami Gəncəvi adına tam orta məktəbin şagirdləri iştirak ediblər.Tədbirdə ilk olaraq canlarından gecən şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə qeyd edilib ki, Azərbaycan ordusunun qələbəsi ilə bitən aprel döyüşlərindən yeddi il ötür. 2016-ci ildə baş vermiş dördgünlük müharibədə qəhrəman əsgər, gizir və zabitlərimiz təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirərək 2 min hektardan artıq ərazini işğaldan azad ediblər. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev aprel  döyüşlərinin iştirakçısı olan hərbçilərlə görüşdə deyib: "Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir”. Sonda söz  bədii-qiraət dərnəyinin üzvülərinə verilib- vətənpərvərlik haqqında seirlər söyləyiblər.

 

77.2 KB