20.07.2018
20.07.2018-ci il tarixdə Gəncə şəhər Mərkəzi kitabxananın oxu zalında Milli Mətbuat günü münasibətilə “Əkinçidən keçən yol” adlı söhbət keçirilmişdir. Kitabxanaçı Bayramova Rəsmiyyə oxuculara 1875-ci ildə böyük maarifpərvər alim Həsən bəy Zərdabinin yaratdığı "Əkinçi" qəzeti ilə əsası qoyulmuş milli mətbuatımızın keçdiyi yoldan və müasir dövrdə fəaliyyətindən bəhs etdi. Ötən illər ərzində Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. Milli mətbuatın inkişafı və çiçəklənməsi məhz ulu öndərin hakimiyyəti dövrünə təsadüf edir. 1998-ci ilin avqustunda ümummilli lider Heydər Əliyev tərəfindən senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib. Bu gün də ölkə rəhbərliyi tərəfindən bu siyasət uğurla davam etdirilir. Ölkə mətbuatının inkişafı sahəsində "azad söz azad cəmiyyətin təməl daşıdır" prinsipi əsas meyar kimi qəbul edilir.
Sonra oxucular kitabxana tərəfindən alınan 17 adda qəzet və 8 adda jurnallar ilə tanış edildi, onlara hər bir mətbu orqan haqqında qısa məlumat verildi.