Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Vətəni qibləgah edən şəhidlər” adlı anım günü keçirilib

04.04.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı kitabxana  filialında  04.04.2023-ci il tarixində 6 saylı məktəbin müəllim və şagird kollektivi ilə birlikdə Aprel döyüşlərində qazanılmış qələbənin 7 illiyi ilə əlaqədar ”Vətəni qibləgah edən şəhidlər” adlı anım günü keçirildi.İlk öncə aprel döyüşləri zamanı şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra tədbiri giriş sözü ilə 1 saylı kitabxananın multimedia resursları üzrə mütəxəssisi Əliyeva İlhamə açaraq bildirdi ki, aprel döyüşləri bizim şanlı qələbəmizdir. Dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Tədbirin davamında 6 saylı məktəbin hərbi-hazırlıq müəllimi Nəriman Sadıqov söylədi ki, aprel döyüşləri qələbəmizin ilk müjdəçisi oldu.Bu döyüşlər onu göstərdi ki, Azərbaycan xalqı  və dövləti heç vaxt  işğalla barışmadı, öz ərazi bütövlüyünü  Azərbaycanın Ali Baş Komandanı və Azərbaycanin yenilməz ordusunun qüdrəti və qüvvəti ilə bərpa etdi. Məktəbin tarix
müəllimi Təranə Mirzəyeva, ədəbiyyat müəllimi Şəlalə Xəlilova, 1 saylı kitabxananın müdiri Məlikova Züleyxa aprel döyüşləri ilə bağli öz fikirlərini bildirdilər. Məktəbin 8 b sinif şagirdləri şəhidlər haqqında şeirlər söylədilər.Tədbirin sonunda kitabxanada aprel döyüşləri ilə bağlı təşkil edilmiş “Yaddaşlarda yaşayanlar” adlı sərgi ilə iştirakçıları 1 saylı kitabxananın böyük kitabxanaçısı Lalə Kərimzadə tanış etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

 

245.9 KB