04.04.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon mədəniyyət mərkəzinin Şəfəq kənd Mədəniyyət Evində Zeyvə, Qaraçinar kənd Mədəniyyət Evlərinin birgə təşkilatçılığı ilə 44 günlük Vətən Müharibəsinin Şəhidləri Zeyvə kənd sakinləri Fuad Məhərrəmov və Elxan Rəsulovun mövlud günü ilə əlaqədar "Şəhidlik ən uca zirvədir" adlı anım tədbiri keçirilmişdir.
Keçirilən tədbirdə mədəniyyət işçiləri, 1-ci Qarabağ müharibəsinin və 44 günlük vətən müharibəsinin Şəhid ailələri, Qazilər, Şəfəq,Qaraçinar, Zeyvə kənd İƏDÜ-ə nümayəndəliklərinin əməkdaşı, ziyalılar, ictimaiyyət nümayəndələri və kənd sakinləri, məktəblilər iştrak etmişdir.
İlk öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək Şəhidlik zirvəsinə ucalmış igid oğullarımızın əziz xatirəsi bir dəqiqəluk sükutla yad edildi.
Şəfəq kənd Mədəniyyət Evinin direktoru Samirə Kazımova çıxış edərək tədbir iştrakçılarını salamlamış, Şəhid ailələrinə dərin hüzünlə başsağlığı verərək uca Allahdan rəhmət Qazilərimizə sağlam həyat tərzi arzulamışdır.
Çıxış edən Qaraçinar kənd Mədəniyyət Evinin direktoru Tahire Imanova vətənimizin bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda 44 günlük Vətən müharibəsində yüzlərlə Goranboylu gənclərin qəhrəmanlıqla döyüşdüyünü, adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu söyləyib.
Zeyvə Kənd Folklor Evinin direktoru Aygül Rəsulova Zeyvə kənd sakinləri, Şəhid Fuad Məhərrəmov və Elxan Rəsulovun həyatı və onun keçdiyi şərəfli ömür yolundan söhbət açaraq geniş məlumat verdi.
Çıxış edən ictimaiyyətçi Rəhman Səfərov tarixi Qələbənin şəhidlərin qanı bahasına əldə edildiyini vurğulayıb və belə vətənpərvər, mərd, şücaətli övladlar böyütdüklərinə və övladlarının şəhadətə yüksəlmə xəbərini qürur hissi ilə qarşıladıqlarına görə şəhid ailələrinə təşəkkürünü bildirib.
Dövlətimizin və xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutacağını və şəhid ailələrinin həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacağını diqqətə çatdırılıb.
Çıxış edən təhsil işçisi, "Xudayar Təsnisi Qrupu"nun rəhbəri Kemale Rustemova Şəhid ailələrinin hüquqlarını müdafiə etmək, onların sosial-iqtisadi və mənəvi problemlərinin daha səmərəli həllinə köməklik göstərmək məqsədilə “Yaşat” Fondunun və yerli icra hakimyyəti orqanlarının strukturlarında “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin yaradılması şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət qayğısının bariz nümunəsidir deyə bildirmişdir.
Mədəniyyət işçisi Elçin Tağıyev çıxış edərək bildirib ki, Möhtətəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Goranboy rayonunda da Şəhid ailələrinə daim diqqət və qayğı göstərilir.
Həçinin Goranboy Rayon İcra Hakimiyyətind yaradılmış qruplar tərəfindən rayon ərazisində yaşayan şəhid ailələri mütəmadi ziyarət olunur, onların qayğıları, ailələr tərəfindən qaldırılan məsələlər dinlənilir, həlli istiqamətində müvafiq işlər görülür deyə E. Tağıyev bildirmişdir.
Görüşdə çıxış edən Şəhid ailələri və Qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə başçsı cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Eyni zamanda Şəhid ailələri ilə görüşlərin təşkil edilməsini və bu cür tədbirlərin təşkil edilməsində əməyi olan mədəniyyət işçilərinə dərin təşəkkürlərini bildirdilər.
Sonda Şəhid ailələrinə Mədəniyyət işçiləri tərəfindən Şəhidlərimizin şəkilləri əks olunmuş Şəhid-Xatirə-Güşəsi təqdim edilmişdir.
Tədbir məktəblilərin hazırladıqları vətənpərvərlik mövzusunda şeir parçaları ilə davam etdirilmişdir.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin.