Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Heydər Əliyev İdeyaları Əbədiyaşardır” adlı dəyirmi masa keçirilib

04.04.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi .əhər kitabxana filialı 03 aprel 2023-cü il tarixdə Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev İdeyaları Əbədiyaşardır” adlı dəyirmi masa keçirdi. Keçirilən tədbirdə Heydər Əliyev Mərkəzinin və Uşaq İncəsənət məktəbinin əməkdaşları iştirak etdilər. Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə .əhər kitabaxana filialının multimedia mütəxəssisi Kəmalə İsmayılova açaraq, Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının və xalqının müstəqilliyi uğrunda göstərdiyi fəaliyyəti haqqında məlumat verdi. Goranboy rayon Uşaq İncəsənət məktəbinin direktoru Sevinc Zeynalova Ulu Öndər Heydər Əliyevin Azərbaycan Mədəniyyətinin inkişafı istiqamətində gördüyü işlərdən söhbət açdı.Sonda Heydər Əliyev Mərkəzinin təsərrüfat müdiri Nərminə Şirinbəyli Azərbaycan gənclərinə göstərdiyi diqqət və qayğıdan danışdı.

 

140.5 KB