Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Kitab ən yaxşı dostdur” adlı sərgi təşkil olunub

03.04.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialında 01.04.2023-cü il tarixdə Beynəlxalq Uşaq Kitabı Gününə həsr olunmuş "Kitab ən yaxşı dostdur" adlı sərgi təşkil olundu.Tədbiri giriş sözü ilə kitabxananın multimedia mütəxəssisi Vüsalə Mustafayeva açaraq Beynəlxalq Uşaq Kitabı Gününün tarixindən danışdı və bildirdi ki,bu gün 1967-ci ildən danimarkalı yazıçı,balacaların sevimli müəllifi Hans Kristian Andersenin dünyaya gəldiyi 2 aprel tarixi ilə əlaqədar qeyd olunur.Kitabxanaçı qeyd etdi ki,sərginin məqsədi uşaqlarda kitablara,mütaliəyə sevgi aşılamaq,onları ölkəmizdə son illərdə nəşr olunan uşaq ədəbiyyatı ilə tanış etməkdir.Sərgidə 60-dan çox Azərbaycan və dünya uşaq yazarlarının əsərləri yer almışdır.-
 

 

3.7 MB