18.07.2018
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Heydər Əliyev Mərkəzində yerləşən 16 saylı kitabxana filialında 18 iyul 2018 ci il tarixdə Ağdam rayonunun işğalı günü ilə əlaqədar “Əsarətdə qalan yurdum” mövzusunda söhbət-sərgi keçirildi. Tədbirdə N saylı hərbi hissənin zabit və əsgərləri iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan Ayşən Bəhramlı qeyd etdi ki, Ağdam rayonu haqqında, onun, Dağlıq Qarabağ hadisələri başlayandan, cərəyan edən hadisələrin episentri olmasından danışdı..Mövcud dövlətini qədim Azərbaycan torpaqları üzərində qurmuş Ermənistan Azərbaycanın yeni bir ərazisini – Dağlıq- Qarabağı işğal etmək məqsədi ilə 1988-ci ilin fevralından başladığı müharibəyə ilk olaraq məhz Ağdam rayonu cəlb olunmuş, hadisələrin ilk günlərindən ən böyük ağırlıqlar Ağdam rayonunun, onun əhalisinin üzərinə düşmüşdür. Tədbirdə iştirak edən Samux rayon Qarabağlar kənd tam orta məktəbinin tarix müəlliməsi Mirvari Həsənova bildirdi ki,1988-ci ilin son aylarında Ermənistandan öz ata-baba yurdlarından, daha sonra Dağlıq Qarabağdan silah gücünə amansız vəhşiliklərlə qovulub didərgin salınan on minlərlə azərbaycanlı məhs Ağdam rayonuna pənah gətirdi.1992-ci ildə erməni ordusu ətraf rayonlara da hücum etdi.1993-cü ilin may ayından etibarən qızışan bu hücum əməliyyatları həmin il iyun ayının 23-də Ağdamın süqutu ilə başa çatdı.
Hər birimizin ən böyük arzusu odur ki, düşmən tapdağında olan torpaqlarımız Sülh yolu ilə azad olsun, köçkünlərimiz öz doğma el-obalarına qayıtsınlar.
Sonda tədbir iştirakçıları “Əsarətdə qalan yurdum” mövzusunda təşkil olunmuş sərgi ilə tanış oldular.