03.04.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 02.04.2023-ci il tarixində Kəlbəcər rayon 109 saylı tam orta məktəbdə Beynəlxalq Uşaq kitabı günü münasibətilə “Kitablar sənin etibarlı dostundur” adlı məlumat saatı keçirtdi. Tədbirdə Vətən Müharibəsi şəhidlərinin xatirələri bir dəqiqəlik sükutla yad edildikdən sonra MKS-nin 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva aprel ayının 2-si Beynəlxalq Uşaq Kitabı gününün məhz bu tarixə təsadüf etməsinin maraqlı tarixçəsindən danışdı və bu əlamətdar günün qeyd olunmasında məqsədin cəmiyyətin diqqətini uşaq ədəbiyyatına, onun problemlərinə cəlb etmək olduğunu bildirdi. Beynəlxalq Uşaq Kitabı Gününün ölkəmizdə də qeyd olunduğunu vurğulayan Elza Əliyeva uşaqların tərbiyəsində kitabların xüsusi yer tutmasından, kitabların onları zəngin mənəvi zövqə malik bir insan kimi tərbiyə etməsindən, öz xalqının mübarizələrlə zəngin tarixi keçmişinə dərindən bələd olmasına
imkan yaratmasından danışdı və Danimarka yazıçısı, uşaqların sevimlisi, məşhur nağılçı Hans Kristian Andersenin nağıllar kitabı haqqında geniş məlumat verdi. Tədbir iştirakçılar tərəfindən maraqla qarşılandı.